24 Aprel 2018 12:47
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 943,3 min nəfər olub.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, ölkə vətəndaşlarının 31,6 faizi Gürcüstana, 27,2 faizi İrana, 21,8 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,8 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər ediblər.

Səfər edənlərin 69,9 faizi kişilər, 30,1 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 21,6 faiz, Gürcüstana gedənlərin sayı 7,4 faiz, Rusiya gedənlərin sayı 0,1 faiz azalıb.

Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 79,7 faizi dəmir yolu və avtomobil, 19,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə ediblər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər