Xəzərdə tapılan meyitlər Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmisinin göyərtəsinə götürülüb.
Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb.
Hal-hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.