18 İyul 2018 07:02
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəxsi işini qurmağa cəsarət edənlər başlanğıc üçün kapitala deyil, məhz ideyaya ehtiyac duyur.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Nərgiz” jurnalının baş redaktoru Ülviyyə Mahmudova bildirib.

Onun fikrincə, inam uğura bərabərdir: “Sizi nəyin həyacanlandırdığını, sizə nəyin güc verdiyini və özünüzə inanmağa məcbur etdiyini yalnız qəlbinizin dərinliyinə baxaraq anlaya bilərsiniz: o zaman başqaları da sizə inanacaq! Bəs biznesiniz üçün çox sayda hazır ideyalar arasından necə seçim etmək lazımdır? Düşünürəm ki, seçimi sadəcə qazanc məqsədilə etmək olmaz. Əsas odur ki, işiniz sevgi ilə böyüyüb inkişaf etsin”.

Ülviyyə Mahmudova hesab edir ki, əgər təməl sevgi ilə qoyulubsa, deməli gələcəkdə uğur qazanmaq ehtimalı daha böyükdür: “Çox vacib bir sirr var: istədiyin yerə getməlisən, getmək lazım olan yerə deyil...”


Müəllif: Nərgiz