Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb:
“Vətəndaş müraciətləri əsasında, mütəxəssislərimizin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız halda olanlar isə yenilənib. Yeni tədris ilinin başlanması ilə əlaqədar qeyd edilən işlər daha çox orta məktəb binalarının ətrafındakı yollarda həyata keçirilib”.