15 Yanvar 2019 16:08
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın oğlu Əli Ağalarov II “Zima” uşaq estrada mahnıları festivalında iştirak edəcək.

Kult.az xəbər verir ki, bu barədə məlumat “Zima” musiqi festivalının rəsmi İnstaqram səhifəsində qeyd edilib. Məlumata görə, festival fevralın 16-da Heydər Əliyev Sarayında baş tutacaq:

“ZİMA” Beynəlxalq Uşaq Musiqi festivalının növbəti iştirakçısı - Əli Ağalarov!

Əli Oksbric akademiyasında təhsil alır. Boş vaxtlarında dostları ilə "Fortnite" onlayn oyun oynayır və musiqi dinləyir. Sevimli ifaçısı isə Elceydir. Elə həmin ifaçı Əlidə musiqiyə həvəs oyatdı. Əliyə Heydər Əliyev Sarayının səhnəsində uğurlu çıxış arzulayırıq”, - səhifədə qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər