19 Yanvar 2019 13:07
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda “qızılca eyforiyası", "qızılca həyəcanı" kimi başlıqlar mediada yayılıb. Qızılcanın ölkəmizə Avropadan, Gürcüstandan gəldiyi qeyd olunur və mart-aprel aylarında 18 yaşdan yuxarı əhalı qrupunu peyvəndləməyi planlaşdırırlar. Çünki məntiqlə bu yaş kontingenti vaxtında peyvənd elətdirməyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, dünyanın hər yerində tur vaksinasiya ya epidemiya zamanı, ya da epidemiya təhlükəsi yarananda aparılır: “Hər hansı bir xəstəliyə görə əhalini təşvişə salmaq olmaz. Amma həqiqəti də demək lazımdır. Bizdə peyvənd məsələsi rəsmilərin dediyi kimi deyil. Kifayət qədər peyvəndsiz uşaqlar var. Səbəbi odur ki, valideyn dilindən iltizam yazmaqla könüllü olaraq peyvənddən imtina edir. Bunun "faydasını" indi görürük”.

Həkim peyvənd məsələsini daim mətbuatın gündəmdə saxlamaq lazım olduğunu deyib: “Telekanallarda mütəmadi sosial çarxlar verilməli, maarifləndirmə işi aparılmalıdır. Amma bunu tmirlər. Bizdə də anti-vaksin ordusu var və əksəriyyət mahiyyəti anlamadan bu kampaniyaya qoşulub”.

Pediatr narahatçılığını dilə gətirərək bildirib ki, Dünya Səhiyyə Təşkilatı(DST) 2019-cu ildə gözlənilən qlobal təhlükələr siyahısina ilk dəfə peyvənddən imtinanı da daxil edib.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər