22 Yanvar 2019 13:46
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmət bəzi kütləvi informasiya vasitələrində bir neçə məhbusun aclıq aksiyası keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavabında bildirib ki, hazırda qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir.

“Bunlar yanlış məlumatlardır və ictimai fikri çaşdırmağa yönəlib”, - M.Sadıqov əlavə edib.


Müəllif: Teleqraf.com