22 Yanvar 2019 14:04
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas və Nümayəndəliyin siyasi məsləhətçisi Yohanna Ketola ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Tural Gəncəliyev görüş zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məqsəd və məramını həmsöhbətlərin diqqətinə çatdırdığını deyib.

“Azərbaycanlıların öz tarixi və doğma torpaqlarına qayıtdıqdan sonra erməni icması ilə birlikdə sülh şəraitində yaşamaqda maraqlı tərəf olduğunu avropalı diplomatlara söylədim”, - deyə icma sədri qeyd edib.


Müəllif: Nərgiz