23 Yanvar 2019 12:30
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda yerli əhəmiyyətli Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.

Layihəyə uyğun olaraq, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək kipləşdirilir.

Yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınlıqda asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin bərkidilməsi, 12 yol birləşməsinin 1500 m2 sahədə təmiri işlərinin aparılması da nəzərdə tutulub.

Yol boyu 3 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 göstərici və 380 siqnal dirəyi quraşdırılacaq, 28 km uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd edək ki, avtomobil yolunun yenidən qurulması ilə bu marşrut üzrə hərəkət edən yük və sərnişindaşımaları asanlaşacaq.


Müəllif: Aytən