23 Yanvar 2019 14:18
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” fevralın 8-10-da “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda jurnalistlər üçün 2 günlük seminar keçirəcək.

Bu barədə Teleqraf.com-a Azərbaycandakı GİZ Hüquq Proqramından məlumat verilib.

Məlumata görə, seminarda iştirakla bağlı müraciət (CV ilə) üçün son tarix yanvarın 29-dur.

Media nümayəndələri ətraflı məlumat almaq üçün GİZ-in layihə ofisinə müraciət edə bilərlər.


Müəllif: Səxavət