1 Sentyabr 2014 10:08
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ həbsxanasında cəza çəkən məşhur sovet agenti dünyasını dəyişib.


Teleqraf.com publika.az-a istinadən xəbər verir ki, 77 yaşlı Con Entoni Uoker həbsxana hospitalında keçinib.

O, “soyuq müharibə” dövründə SSRİ-yə lehinə 17 il xəfiyyəlik edib.

Uoker ABŞ hərbi Dəniz Qüvvələrinin zabiti olub. 1967-ci ildən SSRİ-nin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək Moskvaya əhəmiyyətli informasiyalar ötürüb.

Fedaral Tədqiqatlar Bürosu informasiyaları ötürən şəxsi uzun müddət axtarsa da, uğursuzluğa düçar olub. Uokeri həyat yoldaşı Barbara ələ verib. O, sərxoş halda FTB-yə zəng edərək ərinin casus olduğunu deyib. Əvvəlcə ona inanmayıblar. Lakin məlumatı dəqiqləşdirmək qərarına gəliblər. Uoker ifşa olunub.

Qeyd olunur ki, Uoker ABŞ-ın milli təhlükəsizliyinə ən ciddi zərbə vuran agentlərdən sayılıb.

1985-ci ildə federal məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum olunmuşdu.


Müəllif: