4 Sentyabr 2014 11:10
3 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Ağ şəhər” layihəsi ərazisindən 6 min 395 kubmetrədək neft məhsulları ilə çirklənmiş torpaq daşınıb

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bakı Ağ şəhər” layihəsi ərazisində yerləşən “Azərneftyağ” neft emal zavodunun köhnə istehsalat sahələrindən neft məhsulları ilə çirklənmiş torpaqların layihə ərazisindən daşınması işlərini avqust ayında da uğurla davam etdirib.

QSC-dən bildiriblər ki, ötən ay ərzində layihə ərazisindən 6 min 395 kubmetrədək neft məhsulları ilə çirklənmiş torpaq daşınıb. Hazırda işlərin icrası təqvim planına uyğun olaraq davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər