5 Sentyabr 2014 23:18
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanı xaricdə təmsil edəcək gənclərin üzərinə böyük məsuliyyət düşür”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Milli Məclisin deputatı Fuad Muradov bu gün keçirilən Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) XII Forumunda çıxışı zamanı bildirib.


Deputat qeyd edib ki, Avropa ölkələrində oxuyacaq tələbələr Azərbaycanın maraqlarını və bu ölkələrlər olan müanasibətlərinə xüsusi diqqət yetirməlidir. “Avropa ölkələri ilə münasibətlər əsas məsələdir. Bütün beynəlxalq qurumlar, siyasi institutların əksəriyyəti orada yerləşir. Qeyd edim ki, Avropa bizə daha yaxın olduğuna görə, ölkəmizlə bağlı müəyyən məsələlər bu təşkilatlarda müzakirə olunur. Bəlli olduğu kimi Avropanın bəzi qurumlarında ölkəmizə qarşı ikili standartlar və müxtəlif yanaşmalar mövcuddur” - deyə deputat vurğulayıb.

“İlk təmaslarda siz belə ikili standart meyarları olan yanaşma hiss edəcəksiniz. Tələbələr belə yanaşmanın şahidi olurlar. Orada olan bizim gənclər düşünürlər ki, “niyə xarcidə mənim ölkəm haqqında ilk təəssüratlar belədir?” Amma siz bilməlisinz ki, ölkəmizə qarşı qərəzli olan həmin qruplar, təşkilatlar məqsədli şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak edirlər. Bunun bir çox səbəbləri var və prezident İlham Əliyev bu barədə öz münasibətini bildirib. Belə böhtan kampaniyalarına baxdıqda açıq görmək olur ki, bir çox məsələlər Azərbaycanın inkişafını dayandırmaq məqsədini daşıyır. Bu baxımdan Avropada oxuyan tələbələrin üzərinə böyük məsuliyyət düşür”.

F.Muradov bildirib ki, Azərbaycan dövlətinin bu gün artıq minlərlə gənci xaricə oxumaq üçün göndərmyə imkanı var. “Sizə veriləcə təqaüd Azərbaycandakı orta əmək haqqını 3 dəfə üstələyir. Bu baxımdan bizim sizdən gözləntilərimiz var. Nəzər alın ki, siz çempionsunuz və sizə ölkənizi təmsil etmək kimi şərəfli bir fürsət verilib. Təbii ki, ölkəmiz haqqında neqativ fikiri ilk olaraq siz dəyişməyi bacarmalısınız. Ona görə bizim tələbələrin çox böyük missiyası var”.

“Siz fikir versəniz görə bilrəsiniz ki, Azərbaycanda böyük beynəlxalq tədbirlər keçirilən vaxt müəyyən kampaniyalar başlanır. “Avroviziya”da bunu gördük. İndi qarşıdan Avropa Oyunları gəlir. Belə tədbirlər zamanı heç kimin tanımadığı, özünü “beyin mərkəzi” elan etmiş qrup Azərbaycan haqqında hesabat yayır. Əksər tezisləri də yalan və həqiqətə uyğun olmayan məlumatlardan istifadə olunur. Bu təzyiqi siz hiss edəcəksiniz. O zaman siz açıq şəkildə Azərbaycanı və özünüzü müdafiə etməlisiniz və onları susdurmalısınız”.

Deputat vurğulayıb ki, dövlətin bu gün gənclər üçün yaratdığı imkanlar böyük çətinliklər hesabına yaranıb. “Ulu öndər Heydər Əliyevin bu günkü Azərbaycanın qurulmasında misilsiz xidməti olub. Ölkəmizi 10 il əvvəllə müqayisə etsək görərik ki, nə qədər işlər görülüb. Odur ki, oxuyacağınız ölkələrdə bugünkü inkişaf strategiyasını siz çatdırmalısınız. Biz deputatlar, məmurlar bu barədə danışırıq. Çünki bu bizim əsas işimizidir. Amma tələbələr bunu öz dairələrində, qeyri-rəsmi görüşlərində deyəndə bu başqa effekt verir”.

“Ərazi bütövlüyümüz və onun müdafiəsi əsas diqqət yetirilən məsələdir. Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın azad edilməsi gənclərin gündəlik prioriteti olmalı, hər bir gənc bu işə hansı töhfə verə biləcəyini düşünməlidir”.

F.Muradov bu istqamətdə Heydər Əliyev Fondunun işini xüsusi qeyd edib. Aparılan bu işin sayəsində artıq bir çox ölkələr Azərbaycanı yaxşı tanımağa başlayıb.“Sizin ən böyük dəstək verən isə Azərbaycan prezidenti İlham Əliyevdir. Biz çox istərdik ki azərbaycançılıq ideyasının təbliği ilə bağlı təşəbbüslər Azərbaycan gənclərindən gəlsin. Bu baxımdan sizin təşəbbüsləriniz bütün istiqamətlər üzrə dəstəklənəcək”.

Nihad


Müəllif:

Oxşar xəbərlər