11 Sentyabr 2014 17:33
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda QİÇS xəstəliyi və HİV virusu nikahın pozulmasına səbəb ola bilər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Ailə Məcəlləsinin 13-cü maddəsinə əlavə və dəyişikliklər təklif olunur.


Əlavə və dəyişiklik layihəsinə əsasən, nikaha girən cütlüklər tərəfindən tibbi arayışın təqdim olunması məcburi olacaq.

Eyni zamanda tərəflərdən biri (yaxud hər ikisi) nikah zamanı QİÇS xəstəsi və ya HİV daşıyıcısı olduğunu gizlətdikdə, bu fakt sonradan aşkar olunduqda iddia əsasında nikah məhkəmə tərəfindən dərhal pozulacaq.

Layihə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.


Müəllif:

Oxşar xəbərlər