20 Avqust 2019 10:07
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində problem yaranıb.

O, beyin insultu keçirib. Aktyor dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Qızı Aytən Qurbanovanın sözlərinə görə, həkimlər atasına 72 saat vaxt qoyublar.

Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb./“Qafqazinfo”/


Müəllif: Teleqraf.com