12 Sentyabr 2014 18:56
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil nazirliyi statistika açıqlayıb

Təhsil Nazirliyi yeni dərs ili ilə bağlı statistika açıqlayıb. Statistikaya görə, 2014-2015 tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq I sinfə gedəcək.

Bu tədris ilində ilk dəfə universitetlərdə SABAH qrupları fəaliyyətə başlayacaq. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.
İlk dəfə olaraq 271- maksimum adda və 7,8 milyon ədəd - ən çox sayda dərslik çap edilib. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz “müəllim andı” i içdikdən sonra vəzifələrinin icrasına başlayacaq.

Orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.

Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Bilik günü” münasibətilə ilk dərs vətənpərvərlik mövzusuna həsr olunacaq.

NİGAR


Müəllif:

Oxşar xəbərlər