10 Sentyabr 2019 17:37
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının Rəyasət Heyətində vəkil Fariz Namazlı barəsində verilmiş şikayətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Fariz Namazlı ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidməti Vəkillər Kollegiyasına şikayət edib.
Şikayətdə qurum vəkilin cəzalandırılması tələbini irəli sürüb.

Lakin vəkilin əməlində hər hansı kobud intizam pozuntusu olmadığında onun barəsində intizam tənbeh növü seçilməyib.

Qeyd edək ki, dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Xatırladaq ki, iclasda tanımış vəkil Adil İsmayılovun fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar qəbul edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər