13-15 sentyabr 2019-cu ildə Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib. Yarışlarda 20 komandadan, 370-ə yaxın idmançı mübarizə aparıb.
Teleqraf.com xəbər verir ki, maraqlı mübarizə şəraitində keçən yarışlarda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin komandası da iştirak edib. İdmançılar yarışda Mərkəzin baş zabiti Namiq Sovdumzadənin rəhbərliyi altında iştirak ediblər.
Mərkəzi Sərbəst güləş üzrə təmsil edən yeniyetmələr arasında Kənan Bünyadov 32-kq çəki dərəcəsində 1-ci yerə, Rəvan Cahangirli 35-kq çəki dərəcəsində 2-ci yerə layiq görülüb. Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançıları və məşqçini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.