Azərbaycanı nə qədər tanıyırıq? Azərbaycanda yaşasaq da, etiraf etməliyik ki, vətəndaşı olduğumuz bu ölkə haqda çox az şey bilirik. Tarixi, mədəniyyəti, yerləşdiyi coğrafiyası qədim olan bir ölkədən söhbət gedir.
Teleqraf.com Azərbaycan haqda az bilinən məlumatları təqdim edir.
1. Azərbaycan dünyanın ən qədim neft ixracatçısıdır. Dünyada ilk neft quyusu 1847-cı ildə Abşeronda qazılıb. Xəzər dənizindəki neft resurslarını Qərbə tranzit edən Azərbaycan dünyada ən keyfiyyətli nefti istehsal edən ölkədir.
2. 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublikanı quran ölkə oldu.
3. İşğal nəticəsində (Ermənistan) ölkə miqyasında vətəndaşları öz yerindən məcburi olaraq ən çox (1 milyondan çox) qaçqın və köçkün düşən ölkə də Azərbaycandır.
4. Azərbaycan ABŞ, Fransa, İsveçrə və Qərbin bir sıra demokratik ölkələrindən də əvvəl dünyada qadınlara seçkilərdə iştirak hüququ tanıyan ilk ölkələrdən biridir. Azərbaycan 1918-ci ildə verdiyi bu qərarla Şərqdə, o cümlədən müsəlman dünyasında qadınlara seçkilərdə səsvermə hüququ tanıyan ilk ölkə oldu.
5.Məşhur bəstəkar Üzeyir Hacıbəyovun səhnələşdirdiyi “Leyli və Məcnun” Şərqdə ilk opera kimi tarixə düşüb.
6. Dünyada ən keyfiyyətli kürü Xəzər dənizinin Azərbaycan sahillərindən çıxarılır. Dünyanın kürüyə olan ehtiyacının 80%-i Azərbaycandan ödənilir.
7. Türk və müsəlman ölkələri arasında ən çox oxuma və yazma nisbəti (97%) yüksək ölkə Azərbaycandır.
8. Azərbaycan ərazilərində 9 iqlim tipi müəyyən edilib.
9. Azərbaycan dünyada “Odlar diyarı”, paytaxtı Bakı isə “Küləklər şəhəri” kimi tanınır.
10. Xəzər dənizinin ən dərin yeri (1025 m) Azərbaycan sahillərindədir.
11. Dünyada 1923-cü ildə qurulmuş Türkiyə Cümhuriyyətini tanıyan ilk dövlət AXC-nin mühacirətdə olan hökumətidir.
12. 1828-ci ildə Rusiya-İran müqaviləsi ilə ikiyə bölünmüş Güney Azərbaycanda 35 milyondan çox azərbaycanlı yaşayır.
13. Azərbaycan dünyada öz sərhədləri (quru) ilə həmsərhəd olan yeganə ölkədir. Qonşularının (Rusiya, Türkiyə, İran, Ermənistan və Gürcüstan) Azərbaycanla sərhəd bölgələrinin bir hissəsi Azərbaycanın tarixi əraziləri hesab olunur.
14. Beynəlxalq “Gallup” şirkətinin hesabatına görə, Azərbaycan müsəlman dünyasının ən kosmopolit ölkəsidir.
15. Azərbaycan Türkmənistanla eyni adlı valyutadan (manat) istifadə edir.
16. Dünyada ilk və yeganə miniatür kitab muzeyi Bakıdadır. “Ginnesin Rekordlar kifabı”na düşmüş muzeydə 66 ölkədən kitab sərgilənir.
17. Dünyada ən hündür bayraq dirəyi Azərbaycandadır.
18. Norveçli tarixçilər Skandinaviyada yaşayan xalqların erkən orta əsrlərdə Azərbaycan ərazilərindən gəldiyini və dolayı yolla skandinaviyalılarla azərbaycanlılar arasında qohumluq əlaqələrinin olduğunu iddia edir.