23 Sentyabr 2019 19:14
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən qadının başına gələnlər hər kəsi şoka salıb.

Teleqraf.com-un xəbərinə görə, verilişə müraciət edən qadının şikayətini aparıcı Elgiz Əkbər səsləndirib:

“Xanımın tək qız övladı olub. İşə gedərkən qızını qonşuda yaşayan bir qadına dayə kimi etibar edir. Evə qayıdanda görür ki, uşaq yoxdur. Qadından soruşur ki, qızım hanı? Qonşu da deyir ki, uşaq rəhmətə getdi, aparıb dəfn etdim. Sonradan məlum olub ki, qonşu uşağı başqa bir ailəyə övladlığa verib”.

Aparıcı həmçinin bu məsələnin verilişin növbəti buraxlışlarında araşdırılacağını vurğulayıb.


Müəllif: Teleqraf.com