AMEA Mərkəzi Elmi Kitabxanası beynəlxalq əlaqələrini genişləndirməkd üçün dünyanın fərqli elm ocaqları və kitabxanaları ilə əlaqələr qururaq 60-dan çox ölkə və 700-ə yaxın təşkilatla kitab mübadiləsi həyata keçirib.
Mərkəzi Elmi Kitabxananın (MEK) İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, kitabxanaya gətirilən müxtəlif dərgilər, dəyərli vəsaitlər kitab fondunu zənginləşdirir.
Bu yaxınlarda əlaqələrin davamı olaraq Rusiyada fəaliyyət göstərən Degostini kampaniyası ilə əlaqə saxlayan MEK kampaniyanın məhsulu olan miniatür kitabları əldə etmək üçün oranın üzvü olub. Əldə olunan razılaşmaya əsasən kampaniya dünya ədəbiyyatının şedevrləri silsiləsindən 20 ədəd miniatür kitabı kitabxanaya göndərib. Göndərilən kitabların içərisində F.Dostoyevskiy “İqrok”, A.İ.Qersenin “Kto vinovat?”, A.K.Tolstoyun “İzbrannoe”, S.T.Aksakovun “Semeynaya xronika”, D.İ.Fonzivinin “Briqadir”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A.İ.Kuprinin “Poedinok”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A.Fransın “Vostanie anqelov”, M.Qorkinin “Meşane” və s. müəlliflərin əsərləri yer alır.
Qeyd edək ki, kitabxana öz fondunu zənginləşdirməkdə davam edir.
NİGAR