16 Sentyabr 2014 13:04
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AIESEC Azərbaycan” təşkilatı hər il yüzə yaxın tələbə mübadilə proqramları həyata keçirir.

Teleqraf.com xəbər verir ki, qarşıdan gələn təcrübə proqramları payız və qış aylarına təsadüf etdiyindən “Global Citizen” – Xaricdə könüllülük proqramı qiyabi yolla təhsil alan tələbələr və universiteti yeni bitirmiş məzunlar üçün ən əlverişli təklifdir.

Təcrübə proqramları dünyanın hər yerindən təklif buyurmuş gənclərdən ibarət komanda ilə müxtəlif rəngarəng layihələr vasitəsilə həyata keçirilir və 6 həftə davam edir. Payız və qış ayları üçün nəzərdə tutulan layihələr əsasən şərqi və Mərkəzi Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrində keçiriləcək.

Təcrübə proqramlarında layihədən asılı olaraq əsasən qalmaq və gündə 1 və ya 3 dəfə yemək nəzərdə tutulur. Aviabilet və viza xərcləri iştirakçılar tərəfindən ödənilir.

Onlayn ərizə formasını www.aiesec.az saytından əldə etmək olar.

Əlavə suallar üçün rufat.dashdamirov@aiesec.net e-mail ünvanına müraciət etmək olar. Müraciət edərkən oxuduğunuz və ya bitirdiyiniz universiteti qeyd etməyi unutmayın.

Sentyabrın 19-dək müraciət etmək olar.

NİGAR


Müəllif: