24 Sentyabr 2014 18:25
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi ləğv olunub. Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, məktəbin 40 nəfər şagirdi ailələrinin himayəsinə qaytarılıb, xüsusi siniflərdə təhsil alan şagirdlərin təhsillərini digər internat məktəbində davam etdirməsi təmin olunub. Tərbiyəçi-müəllimlərin isə həmin müəssisələrdə işlə təmin olunması nəzərdə tutulub.

Məlumatda bildirilib ki, növbəti illər ərzində daha bir neçə bu tip müəssisənin fəaliyyətinə yenidən baxılması və onların sayının azaldılması üçün müva¬fiq tədbirlərin görülməsi planlaşdırılır.

Qeyd edək ki, ölkə prezidentinin 2006-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı" Dövlət Proqramında (2006-2015-ci illər)” bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub.

Bu vəzifələrdən biri də dövlət usaq müəssisələrinin şəbəkəsinə yenidən baxılması, onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi, tədricən yerlərdə ailə əsaslı sosial xidmətlər sisteminin yaradılmasıdır.

Təhsil Nazirliyindən bildirlib ki, bu məqsədlə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Nazirliyin məlumatında bildirilib ki, Dövlət Proqramına və Baş Plana əsasən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 13 internat məktəbi artıq ləğv edilib. Bununla yanaşı yerlərdə bu müəssisələrə alternativ olan xidmətlərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, Bakı şəhərinin Xəzər rayonunda ailə tipli kiçik qrup evi yaradılıb və hazırda fəaliyyət göstərir, digərinin isə Lənkəran şəhərində tikintisi davam etdirilir. Bu tədbirlər planına uyğun olaraq 2 günərzi qayğı və 4 reabilitasiya mərkəzi də yaradılıb.

Qeyd edək ki, bu ilin mayında , 7 saylı internat məktəbində xəsarət alan 7 yaşlı Nahid Cavadovun məktəbin müəllimləri tərəfindən döyülərək zorakılığa məruz qalması, yaxud yıxılaraq xəsarət alması barədə araşdırma aparılacağını Təhsil Nazirliyi bəyan etmişdi. Aprel ayında isə bir qrup müəllim məktəbin direktoru Afaqət Əsgərovanın istefasını tələb etmişdi. Görünür, araşdırmanın nəticəsi xüsusi internat məktəbinin ləğvinə əsas verib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər