26 Sentyabr 2014 23:11
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar şəhərində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən aksiyada rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri, şəhər sakinləri də fəallıq nümayiş etdiriblər.


Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibbi personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürülüb.


Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 200 nəfərə yaxın könüllü donor qan verib.


Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.


Müəllif: