"Pandemiya planlaşdırılmış aksiya deyil. Bu, hər zaman olmur. Nəyəsə təlabat kütləvi şəkildə artırsa, o məhsul üzrə qıtlıq yaranır".
Teleqraf.com xəbər bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, maskalara tələb kütləvi şəkildə artdığı üçün istehsalın buna gücü çatmır: "Bir müddət əvvəl yerli maska və spirt istehsalının təşkili üçün tədbirlər görülüb. Əlavə dəyər vergisinin ləğvi, güzəştli kreditlər təklif edilib. Bu sahədə irəliləyiş var.
Spirt məhsullarının Azərbaycan istehsalının qablaşdırılması ilə bağlı problem vardı. Hazırda bu sahədə də işlər görülür.
Azərbaycanda Sumqayıtda maskaların istehsalına başlanılıb. Bu proses aprelin ilk həftəsində başa çatacaq. Avadanlıqlar quraşdırılıb, zəruri xammal gətirilib. Tezliklə iki və üç qatlı, bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanılılacaq. Maskaların istehsalı ilk dövrdə gündə 200 min ədəd olacaq".
DİN Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Əziz Bəqişev deyib ki, vətəndaşların qoruyucu vasitələrdən istifadə etməsi karantin qaydalarına aid əsas tələblərdəndir:
" Polis əməkdaşları vətəndaşlara yaxınlaşıb, onlardan bunu tələb etməli, maarifləndirməlidir. Qoruyucu vasitələrdən istifadə etməmək karantin rejimi qaydalarının pozulması deməkdir. Hər bir polis əməkdaşı vətəndaşlardan bunu tələb edə bilər".