AMEA Mərkəzi Elmi Kitabxanası “Qafqaz Əraziləri və xalqlarının nağılları” adlı biblioqrafik götəricisini dərc edib.
Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin elmi redaktorluğu və Validə Həsənovanın tərtibçiliyi ilə nəşr olunan kitabda 1881-1929 –cu illər ərzində Tiflisdə və Mahaçqalada tərtib və dərc edilmiş “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” nda (SMOMPK ) əks olunmuş nağılların biblioqrafik göstəricisi əhatə edilib. AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr
Kitabda biblioqrafik informasiyanın istifadəsini asanlaşdırmaq məqsədi ilə bir neçə adla informasiya axtarış aparatı tərtib edilib. Toplayıcılar və söyləyicilər haqqında olan köməkçi aparat bölməsindəki müəlliflərin adları yalnız ilkin mənbədəki pasport qeydlərinə əsasən tərtib edilib. Biblioqrafik təsvirlərindəki məxəzlər mövzu istiqamətindən asılı olaraq bir neçə başlıq altında qruplaşdırılıb. Həmçinin Qafqazda yaşayan çoxsaylı xalqların adlarını əhatə edən xüxusi köməkçi bölmə də tərtib edilib. Kitab tədqiqatçı alim və tələbələr üçün nəzərdə tutulub.
NİGAR