9 İyun 2020 10:05
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Həcc ziyarətləri zamanı hər ölkəyə verilən kvotanın yalnız 20 faizinə icazə verməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu qərar koronavirus pandemiyasının sürətlə artması ilə əlaqələndirilib.

Səudiyyə Ərəbistanında koronavirusa yoluxma halları 100 mini keçdikdən sonra səlahiyyətlilər müxtəlif tədbirlər görəcəklərini açıqlamışdılar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, epidemiya səbəbiylə mart ayından bəri Həcc və ümrə ziyarətlərini dayandırıb. Hər il 2,5 milyon müsəlman müqəddəs torpaqları ziyarət edirdi.

Son məlumatlara görə, Səudiyyə Ərəbistanında koronavirusa yoluxma sayı 105 min 283, ölənlərin sayı isə 746 olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər