18 İyul 2020 18:46
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) əməkdaşı Araz Aslanlının iyulun 12-dən başlayaraq Ermənistan tərəfindən atəşkəsin pozulması, münaqişənin alovlanması ilə bağlı məqaləsi Türkiyənin rəsmi dövlət agentliyi olan Anadolu Agentliyinin saytında yayımlanıb.

DGKA-dan Teleqraf.com-a bildirilib ki, məqalədə Ermənistanın sonuncu provokasiyasının səbəb və nəticələri təhlil edilib.

Qeyd olunub ki, atəşkəs sazişinin üstündən 26 il keçsə də, sülh danışıqları 29 ildir davam etsə də, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərini pozmağa davam edir, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmir.

"Son gərginlik göstərdi ki, Azərbaycanın uğurlu siyasəti sayəsində Ermənistan artıq öz işğalçılıq siyasətinə əvvəlki kimi dəstək tapa bilmir. Əksinə, bir çox dövlət Azərbaycanı birmənalı olaraq dəstəkləyir. Azərbaycanın siyasi, hərbi, iqtisadi uğurları və xüsusilə qardaş Türkiyənin Azərbaycana hərbi dəstək də daxil olmaqla, tam dəstək verməsi münaqişənin ədalətli həllinə olan inamı artırır", - deyə məqalədə qeyd edilir.

Məqalə Anadolu Agentliyinin saytı ilə yanaşı, müxtəlif Türk KİV-lərində yayımlanıb.

Bundan əlavə A.Aslanlının son proseslərlə bağlı ingilis, fransız, makedon, alban dillərindəki təhlili dünyanın müxtəlif aparıcı KİV-lərində dərc olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər