8 Avqust 2020 14:21
2 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tənəffüs infeksiyalarından qorunmanın ən yaxşı yolu xəstə ilə təmasda olmamaq, sosial məsafə saxlamaq və qoruyucu maskalardan istifadə etməkdir.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib.

Doktor bildirib ki, hazırkı pandemiya haqqında konkret proqnoz vermək mümkün deyil:

"Bunun üçün nə qədər infeksiyanın yayılma təhlükəsi varsa, o müddətdə də profilaktik tədbirlərə (maska, sosial məsafə və s.) ciddi əməl olunmalıdır".

Rafiq Bayramov vurğulayıb ki, bu virusun əsas yoluxma yolu aerogendir, yəni tənəffüs yoludur:

“Ona görə də virus olduğu müddətdə yayılmasının qarşısını almaq üçün görüləcək vacib profilaktik tədbirlərdən biri də əhalinin sıx olduğu yerlərdə və qapalı məkanlarda qoruyucu maskaların istifadə olunmasıdır. Artıq hər birimiz yeni yaşayış və davranış tərzinə uyğunlaşmalıyıq və profilaktik tədbirlərə ciddi əməl etməliyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər