19 Yanvar 2021 14:24
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hamilə qadınlara və körpələrə vaksin vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva hamilə olan qadınlara peyvəndin vurulmasının tövsiyə edilmədiyini bildirib.

"Bunu ziyan olduğu üçün deyil, bu istiqamətdə hələ araşdırmalar aparılmadığına görə tövsiyə etmirik. Ona görə də hamilə xanımlar vaksinasiya olmamalıdırlar", - o deyib.


Müəllif: Teleqraf.com