30 Aprel 2021 12:12
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər veridyimiz kimi Gənclər və İdman naziri Azad Rəhimov ABŞ-da xəstəxanada müalicəsini davam etdirir.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova Teleqraf.com-a açıqlamasında bildirib ki, Azad Rəhimovun vəziyyəti ağır olaraq qalmaqdadır:

"Bu gün axşam ailəsi ilə danışmışam. Vəziyyəti ağır olaraq qalır. ABŞ-la ölkəmizin saat fərqi olduğu üçün tez-tez əlaqə yarada bilmirəm. Axşama doğru yenə də əlaqə saxlamağa çalışacağıq. Yeni məlumat olsa, açıqlama verəcəyəm".

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.


Müəllif: Aysel Azad