11 İyun 2021 19:37
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə Niderland Krallığının paytaxtı Amsterdamda yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə beynəlxalq poçt markası buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildiriblər ki, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap olunub.

Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışlarına, mina xəritələrini təhvil verməməklə regionda sülh və sabitliyə mane olmasına cəlb etməkdir.


Müəllif: Teleqraf.com