29 İyun 2021 15:37
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri razılaşdırılmış cədvələ əsasən “Bakı Metropoliteni” QSC-nin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqon parkında yanğın-taktiki təlim keçirib.

Elektrik deposunun ərazisində yerləşən vaqon parkında 27-ci yolda dayanan qatarın ikinci vaqonunda baş vermiş şərti yanğın hadisəsi yanğın-taktiki təlimin əsas mövzusu olub. Şərti yanğın hadisəsi barədə səs ucaldıcı vasitəsilə yanğın baş verməsi barədə məlumat verilib, dərhal Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə yanğın barədə “məlumat ötürülüb”. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək “yanğını söndürüblər”.

Təlim başa çatdıqdan sonra FHN-in əməkdaşları tərəfindən Metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı döyüş hərəkətləri, Metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər