18 Oktyabr 2021 18:31
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mtatsminda dağında yerləşən televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Teleqraf.com xəbər verir ki, şəhərin əsas simvollarından biri olan teleqüllə 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü ilə əlaqədar göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

İşıqlandırma Tbilisi meriyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Tbilisi teleqülləsi bu il artıq ikinci dəfədir Azərbaycan bayrağının rənglərinə boyanıb. Teleqüllə ilk dəfə 28 May – Respublika Günündə üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.


Müəllif: Mənbə/Report