10 May 2022 12:25
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblilərin intiharı mövzusu hər cür fikir bildiriləcək məsələ deyil.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, məktəblilərin intiharı ailələrdə olan problemləri bir daha üzə çıxarır: "Belə məsələlər ona yanaşmada peşəkarlıq tələb edir. Bu cür hadisələr hər birimizi üzür, narahat edir. Mövzunu bütün əlaqədar dövlət orqanları, cəmiyyətimiz, mediamız daim diqqətdə saxlamalıdırlar. Çünki yeniyetməlik dövrünü hər birimiz yaşamışıq, çox ehtiyatlı davranmağı tələb edən yaş dövrüdür.

Müvafiq qurumlar bununla bağlı əlaqəli şəkildə işləyirlər. Bu, fərdi, psixoloji olaraq insanın durumana bağlıdır. Bəzən düşüncələr və nəticələr bir-biri ilə əlaqəli olmur. Ona görə də hər kəs öz vəzifəsinə ciddi yanaşaraq belə məsələlərin qarşısını almaqdan ötrü üzərinə düşən işi yerinə yetirməlidir".


Müəllif: Aysel Azad