24 fevraldan bu günə qədər Ukrayan-Rusiya müharibəsi ilə əlaqədar Azərbayacana həm Ukrayna, həm də Azərbaycan vətəndaşlarının təxliyəsi həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, müharibə müddəti ərzində 4200-dən artıq Ukrayana vətəndaşı ölkəmizə gətirilib:
"Hazırda ölkəmizdə 8247 Ukrayna vətəndaşı məskunlaşmaqdadır. Ümumiyyətlə, Azərbaycanda 142 min əcnəbi vətəndaş yaşayır".