19 May 2022 15:49
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çernobılda zərər görən azərbaycanlılara əlillik müddətsiz təyin olunacaq.

Teleqraf.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qaydaya yeni bənd əlavə edilib. Yeni bəndə əsasən,Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə əlillik müddətsiz müəyyən edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər