Hesablama Palatası “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a rəy verib.
Teleqraf.com xəbər verir ki, həmin rəy Azərbaycan Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılıb.
Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul edilib.