25 May 2022 15:56
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TEKNOFEST Azərbaycan" Festivalına son hazırlıq işləri aparılır.

Teleqraf.com xəbər verir ki, "Baykar" şirkətinin texnoloji lideri, T3 Vəqfi qəyyumlar şurasının sədri Səlcuk Bayraktar festivala son hazırlıq işləri ilə tanış olub.

O, festival çərçivəsində nümayiş olunacaq stendlərə yaxınlaşaraq iştirakçıların layihələri ilə maraqlanıb.

Bu il may ayının 26-29 tarixlərində, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Bakıda "TEKNOFEST Azərbaycan" Festivalı keçiriləcək.


Müəllif: Aysel Azad