25 May 2022 17:00
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

TEKNOFEST səbəbilə Azərbaycana gəlmək və xarici ölkədə ilk festivalı can Azərbaycanda keçirmək bizim üçün həyəcanvericidir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Baykar" şirkətinin texnoloji lideri, T3 Vəqfi qəyyumlar şurasının sədri Səlcuk Bayraktar deyib.

Onun sözlərinə görə, festivala yüksək marağın olacağını gözləməyib:

"İndidən TEKNOFEST-ə insanların belə kütləvi gəlməsi ayrı bir həyəcandır. Düşünürdük ki, ilk dəfə keçirilən festivalda iştirakçı az olacaq. Düşüncələrimizin əksinə, festival çox coşqulu keçəcək.

Bu səhər gənclərlə də görüşdüm. İndiyə qədər aparılan hazırlıq, təşkilati işlər yüksək səviyyədədir. Burada rəngarəng proqramlar olacaq. Müxtəlif uçuş şouları nümayiş etdiriləcək".

Daha sonra Səlcuq Bayraktar TEKNOFEST-in şüarını azərbaycanca səsləndirib: "Bir uşaq gəlsin, təyyarəyə toxunsun. Bəlkə, gələcəkdə ölkələrimizin müdafiəsində istifadə olunacaq təyyarələri, PUA-ları O hazırlayacaq, ölkələrimizin kosmosa çıxmasına vəsilə olacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər