26 May 2022 10:20
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədovun sərəncamı ilə Etibar Sevincək oğlu Muradlı başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Teleqraf.com xəbər verir ki, 5 may 1993-cü ildə anadan olan Etibar Muradlı Bakı Dövlət Universitetini bakalavr dərəcəsi üzrə bitirdikdən sonra Çexiyanın Mendel Universitetində kənd təsərrüfatının menecmenti ixtisası üzrə magistr təhsili alıb.

“NPC Agro” konsaltinq və mühəndislik şirkətində direktor müavini vəzifəsində çalışıb.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı olub, “Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də işləyib.
Yeni təyinata qədər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində çalışıb.


Müəllif: Teleqraf.com