31 May 2022 12:05
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Onkoloji xəstəliklər İcbari Tibbi Sığorta zərfinə salınmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bütün xəstəliklərin bu zərfə daxil edilməsinin tərəfdarı, xəstəliklər və xəstələr arasında fərq qoyulmamalı olduğunu bildirib:

"İcbari Tibbi Sığortanın bu müddət ərzində böyük uğurları olub, amma müəyyən problemlər də var. Dövlət büdcəsindən bu sahəyə kifayət qədər maliyyə ayrılıb".

Komitə sədri 2021-ci ilin büdcə layihəsini dəstəkləyəcəyini vurğulayıb.


Müəllif: Nemət