1 İyun 2022 18:11
291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunun təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Teleqraf.com-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

“Qaz İxrac” İdarəsinə məxsus “Qəbələ QPS qaz kəməri qolu"nda aşkar olunmuş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə əlaqədar mayın 2-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Qəbələ” QPS-dən qidalanan “Qəbələ” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir aparılan müddətdə Qəbələ rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər