8 İyun 2022 15:24
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyev iyunun 17-də saat 10:00-da Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Cəlilabad və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

“Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər” – deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov