10 İyun 2022 17:10
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dükan və marketlərdə “Sobranie” siqaretlərində süni qiymət artımları var.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, “Sobranie” siqaretlərinin satışı bir müddət öncə bərpa edilib.

Belə ki, Ukraynadakı müharibə ilə əlaqədar tütün məmulatlarının tədarük zəncirində qırılma baş verdiyi üçün müəyyən çətinliklər yaşansa da, hazırda problemin aradan qaldırıldığı hiss edilir. Digər mənbədən tədarük isə tütün məmulatlarının qiymətinə təsir edib, hazırda siqaretlər 10 qəpik bahalaşıb. Bu sıraya “Sobranie” də daxildir və onun satışı 4,1 manata qalxıb.

Lakin hazırda böyük marketlərdə yenidən bu siqaretlərin çatışmazlığı müşahidə edilir. Bu isə bəzi kiçik dükan və köşklərə qiymət manipulyasiyasına imkan tanıyıb. Bu gün bu satış məntəqələrində “Sobranie” yenidən 4,5-5 manata təklif edilir.


Müəllif: Teleqraf.com