10 İyun 2022 17:48
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran Prisi iki illik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.

Teleqraf.com xəbər verir ki, 10-12 iyun tarixlərində keçirilən möhtəşəm Bakı yarışına II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunmuşlar. Onlar Azərbaycan Qran Prisinin həyəcanını 3 gün ərzində canlı izləyə biləcəklər.

44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı Şəhər Halqası azarkeşləri sırasında görmək qürurvericidir.


Müəllif: Teleqraf.com