11 İyun 2022 11:48
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, müharibə əlilləri üçün prezidentin aylıq təqaüdü 1-ci dərəcə üzrə 165 manatdan 400 manata ,1-ci dərəcə əlilliyi olanlara qulluğa görə təqaüd (80manat) təsis olunub, 2-ci dərəcə üzrə 143 manatdan 350 manata , 3-cü dərəcə üzrə isə 110 manatdan 300 manata çatdırılıb.

Müharibə əlillərinə müavinətə gəldikdə isə, 1-ci dərəcə üzrə 101 manatdan 220 manata , 2-ci dərəcə üzrə 81 manatdan 180 manata , 3-cü dərəcə üzrə isə 73 manatdan 120 manata çatdırılıb”,- deyə H.Məmişov əlavə edib.

Sədr həmçinin ölkə üzrə orta aylıq pensiya artımınıb 70 faiz olduğunu qeyd edib.

Şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsində yaralanmış və müalicə bitdikdən sonra əlillik təyin edilmiş hərbi qulluqçulara onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.

"Müharibə veteranı" adı verilmiş şəxslərə də 2022-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdünün təyinatı prosesi proaktiv qaydada həyata keçirilərək yekunlaşdırılıb.

Beləliklə, postmüharibə dövründə şəhid ailələrinin üzvləri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb.


Müəllif: Teleqraf.com