18 İyun 2022 16:43
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 792 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 151 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 118 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 189, bu günə qədər isə ümumilikdə 6 936 343 test icra olunub.


Müəllif: Teleqraf.com