24 İyun 2022 08:15
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsi əhalisinin koronavirus infeksiyasına qarşı kütləvi peyvənd olunması onun potensial qurbanlarının sayını təxminən 20 milyon azaldıb.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniya epidemioloqlarının bu iddiası "Lancet Infectious Diseases" jurnalındakı məqalədə yer alıb.

Bildirildiyinə görə, Britaniya alimləri indiyədək COVID-19 peyvəndinin dünya miqyasında bəşəriyyətə necə təsir etdiyinə dair ən əhatəli təhlili aparıblar. Onların fikrincə, xilas edilənlərin təxminən 7,5 milyonu ÜST-nin vaksinasiyaya bərabər çıxışı təmin etmək üçün başlatdığı COVAX proqramının üzərinə düşür.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, həkimlər xəstələrin orqanizminə 12 milyarddan çox doza yeridiblər və dünyanın bəzi ölkələrində peyvəndlə əhatə dairəsi 90 faizdən yuxarıdır.


Müəllif: Teleqraf.com