28 İyun 2022 11:18
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəki kərpic istehsalı" MMC barəsində inzibati qaydada cərimə olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin regional şöbəsi tərəfindən MMC-də yoxlama aparılıb.

Müəyyən olunub ki, Şəki rayonu, Daşüz kəndi ərazisində yerləşən MMC tərəfindən işə cəlb edilmiş işçilərin istehsalatda bədbəxt hadisələrə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməyib.

Bu MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsi ilə protokol yazılıb.

Toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib.

İşə hakim Cahid İmanovun sədrliyi ilə baxılıb.

Məhkəmənin qərarı ilə MMC 5 min manat cərimə olunub.


Müəllif: Hacı Zeynalov